Xəzər Xəbər

Bratislava məhkəməsi “Qrinpis”in üzvlərini azadlığa buraxıb

Dünya | 15:05 • 14 Dekabr 2018
Bratislava məhkəməsi “Qrinpis”in üzvlərini azadlığa buraxıb

Bratislava məhkəməsi "Qrinpis” ekologiya təşkilatının əcnəbi üzvlərinin həbsdə saxlanılması üçün əsas olmadığına görə onları azadlığa buraxmaq barədə qərar qəbul edib.


AZƏRTAC xatırladır ki, bu həftə fəallar "Novaki” kömür şaxtasında aksiya keçiriblər. Onlar kopyorun üstünə dırmaşaraq, üzərində kömürün ətraf mühitə ziyanı barədə sözlər yazılmış plakat asıblar. Slovakiya qanunlarına əsasən, belə hərəkətlərə görə beş il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilir.

Xəbər lenti