Xəzər Xəbər

Türkiyənin müharibə həmləsi ABŞ-ı TƏŞVİŞƏ SALDI Vaşinqton nə edəcəyini bilmir

Dünya | 13:14 • 14 Dekabr 2018
Türkiyənin müharibə həmləsi ABŞ-ı TƏŞVİŞƏ SALDI

ABŞ-ın baş qərargah rəisi Yosef Danford türkiyəli həmkarı Yaşar Gülərə zəng edib.

İki komandir Türkiyənin Suriya ilə sərhəddə yerləşən ABŞ-a aid nəzarət-keçid məntəqələrinin taleyini müzakirə edib.

Bu barədə ABŞ Baş Qərargahlığının mətbuat katibi Petrik Rayder yazılı açıqlama verib.

Danford həmkarı ilə söhbətdə nəzarət-keçid məntəqələrinin Türkiyəyə qarşı Suriyadan gələn hər hansı təhdidin qarşısını almaq üçün qurulduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün ərzində Fərat çayının şərqində məskunlaşan terror təşkilatlarına qarşı ölkəsinin hərbi əməliyyatlar keçirəcəyini açıqlamışdı. Bu açıqlama ABŞ-ı dərindən narahat etmişdi. Pentaqon təktərəfli hərbi əməliyyatdan narahat olduğunu dilə gətirmiş və Türkiyəni ABŞ-la birgə hərəkət etməyə səsləmişdi. ABŞ müdafiə naziri Cim Mettis Suriya ilə Türkiyənin sərhədlərinə nəzarət məntəqələri qurmağa başladıqlarını açıqlamışdı. Lakin Pentaqon bu nəzarət-keçid məntəqələrinin neçə ədəd olacağını və harada qurulacağını bildirməyib./publika.az

Xəbər lenti