Xəzər Xəbər

Böyük dövlətlərin bütün planları… III Dünya müharibəsinin ƏN DƏQİQ TARİXİ AÇIQLANDI

Dünya | 13:04 • 14 Dekabr 2018
Böyük dövlətlərin bütün planları…

Rusiya Üçüncü dünya müharibəsinə hazırlaşır. Müharibə ən yaxın 6 ildə başlana bilər.

UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya təhlükəsizliyi aparatının rəhbəri Valentina Petrov bildirib.

Onun sözlərinə görə, Ukrayna son məqsəd deyil.

"Əgər Rusiyanın müasir hərbi təşəbbüslərinə baxsaq, bu yalnız Ukrayna ilə müharibəyə hazırlıq deyil, bu, Rusiya hücum maşınının daha geniş strateji planının elementlərindən biridir. Bu plan Şimal dənizindən Suriyaya qədər gedir. Faktiki olaraq, dünya müharibəsinə hazırlıq haqqında danışmaq olar”, - o deyib.

Petrovun fikrincə, münaqişə çox tezliklə gözlənilir: "İndi böyük dövlətlərin, xüsusilə də Rusiyanın yenidən silahlanması üçün bütün planlar 2023-2025-ci illər üçün nəzərdə tutulub. Dünya qlobal münaqişəyə 6 il sonra hazır ola bilər, amma daha əvvəl də başlaya bilər”.

Petrovun sözlərinə görə, bütün Qərb ehtiyat etməlidir. Rusiyanı "qorxunc güc” adlandıran Ukrayna rəsmisi qeyd edib ki, onun planlarında yalnız Ukraynanı bütünlüklə ələ keçirməkdən ibarət deyil, həm də Belarus vasitəsilə Baltikyanı ölkələrə və Polşaya çıxmaqdır.

Ancaq, Petrov qeyd edir ki, Ukrayna yeni çağırışlara hazırdır.

"Biz tədricən tamamilə başqa gücə çevrilirik. Addımbaaddım daha güclü oluruq”, - o yekunlaşdırıb./publika.az

Xəbər lenti