Xəzər Xəbər

Budapeştdə iş tapmaq nə dərəcədə asandır?

Dünya | 19:13 • 13 Dekabr 2018
Budapeştdə iş tapmaq nə dərəcədə asandır?

Budapeşt iqtisadiyyatı güclü, amma immiqrasiya səviyyəsi aşağı olan 100 şəhər arasında 58-ci yeri tutub.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, belə bir qənaət 2018-ci ildə aparılan "İş axtarmaq üçün ən yaxşı şəhərlər” adlı tədqiqatın yekunlarına əsasən əldə olunub.


Dünyanın yüz belə şəhərinin siyahısı üç meyar – startaplar və yaradılmış müəssisələr üçün iqtisadi qüvvə; xalis gəlir və səhiyyə sahəsində güzəştlər də daxil olmaqla həyat səviyyəsi; qadınların, gənclərin və mühacirlərin işə cəlb edilməsi meyarları əsasında işlə təmin olunma imkanları üzrə seçilib və tərtib edilib. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb.


İş tapmaq imkanlarının geniş olduğu yüz ən yaxşı şəhər siyahısına ABŞ-ın Boston şəhəri başçılıq edib. Onun ardınca Münxen (Almaniya) və Kalqari (Kanada) gəlir. Dubay gənclərin, Norveç isə qadınların iş axtarması üçün ən yaxşı şəhər sayılıb.


Budapeşt istər "iqtisadi qüvvə” (7.97), istərsə də "gənclər üçün imkanlar” (7.30) meyarları üzrə böyük nailiyyət əldə edib. Lakin "həyat səviyyəsi” (5.15), "qadınlar üçün imkanlar” (5.05) və "immiqrasiya” (4.69) meyarlarına görə ümumi balı azalaraq 5.92 təşkil edib.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti