Xəzər Xəbər

İstanbulda ədliyyə binası təxliyə edilir - Bomba həyəcanı

Dünya | 17:50 • 13 Dekabr 2018
İstanbulda ədliyyə binası təxliyə edilir -

Türkiyənin İstanbul şəhərində Büyükçekmece rayon ədliyyə binasından insanlar təxliyə olunur.

Trend-in məlumatına görə, təxliyəyə səbəb partlayış təhdididir.

Qeyd olunur ki, naməlum şəxs ədliyyəyə zəng edərək binaya partlayıcı maddə yerləşdirildiyini deyib.

Hazırda partlayıcı maddənin axtarışları aparılır.

Xəbər lenti