Xəzər Xəbər

Nazarbayev KTMT-nin sədri postuna Belarus nümayəndəsinin namizədliyini dəstəklədi

Dünya | 17:55 • 13 Dekabr 2018
Nazarbayev KTMT-nin sədri postuna Belarus nümayəndəsinin namizədliyini dəstəklədi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini açıqlayıb.


RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildiriblər.


"Sankt-Peterburqda dövlət başçıları Aleksandr Lukaşenkonun təklifi əsasında sizin namizədliyinizi dəstəkləməyə qərar verdilər. Artıq təşkilata üzv ölkələrin rəhbərləri ilə görüşməyə başlamışsınız. Buna qədər Bişkekdə olmusunuz. Məlumdur ki, hazırda KTMT-yə Qırğız Respublikası sədrlik edir. Əminəm ki, görüşləriniz yaxşı keçib", - Qazaxıstan Prezidenti deyib.

Xəbər lenti