Xəzər Xəbər

Asanj Ekvador səfirliyində casusluq barədə bəyan edib

Dünya | 12:50 • 13 Dekabr 2018
Asanj Ekvador səfirliyində casusluq barədə bəyan edib

Londonda Ekvador səfirliyinə sığınan Culian Assanj diplomatik nümayəndəliyin binasında casusluq barədə bəyan edib.

RİA Novosti-nin verdiyi məlumata bu barədə o, Ekvador məhkəməsinin onun diplomatik missiyada olmasının reqlamenti sıfırlama barədə apellyasiya dinləmələrində bildirib.

«Casusluq faktları var… Bu məlumat hətta ABŞ-da FTB-yə göndərilib», - deyə Assanj bildirib.

O, həmçinin o, vurğulayıb ki, hazırda olduğu vəziyyət onun səhhətinə ciddi təhlükədir və onun xəstəxanaya köçürülməsi ilənəticələnə bilər, bu isə onun Böyük Britaniya və ABŞ-a verilməsinə gətirə bilər.

21-ci əsrin ən qalmaqallı personalarından biri sayılan "WikiLeaks”ın qurucusu Culian Assanc ABŞ-ın gizli diplomatik yazışmalarını bütün dünyaya faş edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

2014-cü ilin noyabrında isə C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutub.Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə (o, özü bu ittihamı rədd edir) ittiham olunub. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib.

2018-ci ilin yanvarında isə bəlli olub ki, Ekvador "WikiLeaks”in təsisçisi Culian Assancı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. Assanc Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, Assanc Ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb./faktxəbər

Xəbər lenti