Xəzər Xəbər

Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazırlaşır

Dünya | 15:38 • 11 Dekabr 2018
Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazırlaşır

Avstraliya hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyətində olsa da, yaxın zamanlarda səfirliyini Təl-Əvivdən köçürməyi planlaşdırmır.


AZƏRTAC "The Australian” qəzetinə istinadla xəbər verir ki, Avstraliyanın Baş naziri Skott Morrisonun və nazirlər kabinetinin bu barədə qərarı dekabrın 12-də rəsmən elan olunacaq. Səfirliyi Qüdsə köçürməkdən imtina edilməsinin isə maliyyə ilə bağlı olduğu bildirilir. Bu, 200 milyon dollara başa gələ bilər ki, hakimiyyət orqanları belə böyük xərcə getmək istəmir.


Xatırladaq ki, Avstraliyadan öncə ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Hələlik isə orada yalnız iki dövlət – Birləşmiş Ştatlar və Qvatemala səfirlik açıb. Regionda vəziyyəti gərginləşdirən bu addımı kəskin etirazla qarşılayan bir çox dünya liderləri və beynəlxalq təşkilatlar isə şəhərin statusu məsələsini Fələstin-İsrail münaqişəsinin əsas problemi hesab edirlər.

Xəbər lenti