Xəzər Xəbər

Tramp yalan danışıb “The Washington Post”

Dünya | 15:28 • 11 Dekabr 2018
Tramp yalan danışıb

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Konqresə keçirilən ara seçkiləri zamanı Meksika sərhədində divar inşasına dair yalanı 86 dəfə təkrarlayıb.

"The Washington Post”a istinadən xəbər verir ki, Meksika sərhədində divar inşasının seçki proqramında mühüm yer tutduğu D.Tramp prezident seçiləndən az sonra inşa işlərinə maliyyə ayırması üçün Konqresə müraciət etmişdi. Lakin bu məsələ baş tutmadı, çünki Konqres bu ilin əvvəlində sərhəd təhlükəsizliyinə vəsait ayırmışdı və həmin pullar divar inşasına sərf oluna bilməzdi.

Buna baxmayaraq, Tramp qələbə çaldığını elan edərək mart ayındakı nitqi zamanı "Biz divarımızın tikintisinə başladıq” deyərək, bununla fəxr etdiyini vurğulamışdı.

Yazıda Prezident Donald Trampın sadəcə ayrı-ayrı səhvlərə və ya təhriflərə yol vermədiyini, milli müzakirələr əsnasında məqsədli şəkildə yalan danışdığı göstərilib.(report.az)

Xəbər lenti