Xəzər Xəbər

“Bütün dünyanı idarə edən tələbəmi uzaqdan izləyirəm” Vəliəhd Şahzadə Salmanın müəllimi

Dünya | 15:21 • 11 Dekabr 2018
“Bütün dünyanı idarə edən tələbəmi uzaqdan izləyirəm”

Keçmişə baxanda sarayda işlədiyim qısa müddəti karyerimin möhtəşəm dövrü olaraq qiymətləndirirəm.

Səudiyyə Ərəbistanının vəliəhd Şahzadəsi Məhəmməd ibn Salmanın ingilis dili müəllimi, BBC ərəb xidmətinin müxbiri Rachid Sekkai Salmanın necə tələbə olduğundan danışıb.

Rachid Sekkai uşaq vaxtı ingilis dili öyrətdiyi şahzadəyə müəllimlik etməyin necə təcrübə olduğu barədə yazıb.

"1996-cı ildə Ciddədə yerləşən Əl-Anjal adlı məktəbdə işləyərkən bir zəng gəldi. Ər-Riyadın o vaxtki valisi olan Şahzadə Salman Əbdüləziz əl-Suud və ailəsi müvəqqəti olaraq Qızıldəniz əyalətinin paytaxtı Port-Sudana köçmüşdü və uşaqlarına müəllim lazım idi.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Suud işlədiyim məktəbə zəng etdi və tez kral sarayına göndərildim. Əl-Suudun ilk evliliyindən olan uşaqları Şahzadə Türki, Şahzadə Nayif, Şahzadə Halid və Şahzadə Salmana ingiliscə dərs öyrətməli idim.

Şəhərin ən yaxşı bölgələrinin birində bir mənzildə yaşayırdım. Bir sürücü məni sabah saat 7-də evdən məktəbə aparır, günortadan sonra isə saraya gətirirdi.

Gəldiyim lüks villanın həyətində ağ formalı işçilər var idi. Çox lüks maşınlarla dolu dayanacaqda ilk dəfə çəhrayı rəngdə "Cadillac”ı gördüm.

Kral ailəsinə gələndə məni birinci Mansur əl-Şəhri adlı orta yaşlı bir adam qarşıladı. Orda 11 yaşlı Muhammed ibn Salmanla çox yaxın idilər.

Muhammed ibn Salman o vaxtlar mənim dərslərimə diqqət etməkdənsə, saraydakı mühafizəçilərlə vaxt keçirirdi. Ən böyük qardaş olduğu üçün istədiyini etməyə icazə verilibmiş kimi görünürdü.

Ondan balaca şahzadələr Muhammed ortalığa çıxana qədər sözümə qulaq asırdılar. Dərslərimiz zamanı işçilərdən aldığı telefonla danışanda mənim haqqımda pis fikirlər səsləndirdiyini, qardaşları və mühafizəçilərlə zarafatlaşdığını xatırlayıram.

Bu gün 33 yaşlı Salman ölkəsinin müdafiə naziri və taxtın varisidir.

Mühafizəkarların müxalifətinə baxmayaraq ölkənin ehtiyacı olan iqtisadi reformlara liderlik etdi və cəmiyyətdə liberallaşma başlatdı. Bəzi işləri təriflə qarşılandı, lakin həm Yəməndə bitməyən müharibə və ölkəsində insan haqları probleminə görə tənqidlərə tuş gəldi.

Bir dəfə Muhammed ibn Salman anasının mənim haqqımda "Əsl centlemendir” dediyini danışanda çox təəccübləndim.

Şahzadə ilə tanış olduğumu xatırlamırdım. Krallıqdakı qadınlar yad adamların yanında görünmürdü və tək qarşılaşdığım qadın filippinli baxıcı idi.

Taxtın varisi mənə divarda CCTV təhlükəsizlik kameralarını göstərənə qədər izlənildiyimi bilmirdim. O gündən sonra dərslərdə davranışlarıma diqqət etdim.

Qısa müddətdə Muhammed və qardaşlarına yaxınlıq hiss etdim. Mənə görə, şahzadələrin digər şagirdlərimdən fərqi yox idi.

Bir gün Mansur əl-Şahri məndən kralla tanış olmağımı istədi. O, uşaqlarının dərsləri ilə maraqlanmaq istəyirdi. Bunun şahzadə Salmanın nadinclikləri ilə bağlı danışmaq üçün yaxşı fürsət olduğunu düşündüm.

Salman Abdülaziz əl-Suudun ofisinin qabağında digər müəllimlərlə birlikdə gözləyirdim. Hamısı krallıq protokollorını yaxşı bilirdi. Şahzadə bizi qəbuluna çağıranda müəllimlər bir-bir əyilib, onun əlini öpdülər. Uşaqlarla əlaqəli bir neçə kəlmə deyib gedəndə dəhşətə gəldim.

Növbə mənə çatanda onun qarşısında əyilə bilmədim. Əvvəllər belə bir şey eləməmişdim və donub qaldım. Gələcək krala əlimi uzatdım və əlini sıxdım. Üzündə yüngül təəccüb ifadəsi var idi, lakin bu hərəkətimi problem etmədi. Şahzadə Muhammed ibn Salmanın dərslərdəki davranışları ilə bağlı heç nə demədim. O anda çoxdan İngiltərəyə qayıtmağa qərar vermişdim.

Qısa müddətndə sonra protokolu tətbiq edə bilmədiyim üçün Əl-Şahri məni qəşəng danladı.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri olan Şahzadə Haliddən başqa dərs dediyim digər qardaşlar gözlərdən uzaq öz həyatlarını yaşamağı seçdilər.

Keçmişə baxanda sarayda işlədiyim qısa müddəti karyerimin möhtəşəm dövrü olaraq qiymətləndirirəm və bütün dünyanı idarə edən keçmiş cavan tələbəmi uzaqdan izləyirəm” .

AzNews.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti