Xəzər Xəbər

Çexiya BMT-nin konfransını boykot edib

Dünya | 18:54 • 10 Dekabr 2018
Çexiya BMT-nin konfransını boykot edib

Praqa verdiyi sözə əməl edib. Ölkə nümayəndələri Mərakeşin Mərrakeş şəhərində keçirilən konfransa qatılmayıblar. Bu gün konfransda 164 ölkə BMT-nin miqrasiya üzrə Qlobal Sazişinin qəbul edilməsinin lehinə səs veriblər.


AZƏRTAC CNBC-yə istinadla xəbər verir ki, BMT-nin daha 30 üzv dövləti bu məsələdə Çexiya ilə həmrəydir.


Rəsmi Praqa hələ bir ay bundan əvvəl BMT-nin miqrasiya üzrə Qlobal Sazişini dəstəkləməkdən imtina edəcəyini bəyan etmişdi. Çexiya XİN-in mətbuat üçün açıqlamasında deyilir: "Hazırda qəbul edilən sənəddə leqal və qeyri-leqal miqrasiyanı fərqləndirəcək dəqiq təsbit yoxdur”. Qurum vurğulayıb ki, qeyri-leqal miqrasiyanın arzuolunmaz hadisə olması barədə bənd Sazişdə yer almayıb.

Xəbər lenti