Xəzər Xəbər

Baqdasaryan ŞOK FAKTI AÇDI: Seçki günü Paşinyanın...

Dünya | 13:42 • 10 Dekabr 2018
Baqdasaryan ŞOK FAKTI AÇDI: Seçki günü Paşinyanın...
"Seçkilərdə "Mənim adımım” blokunun xeyrinə total saxtakarlıqlar edildi”.

Bu barədə Respublika Partiyasından deputatlığa namizəd Vaqram Baqdasaryan deyib.

Onun sözlərinə görə, seçicilər "Mənim addımım” blokunun adına yazılmış 4 bülleteni eyni anda seçki qutusuna atırdılar.

"Xüsusi tutulmuş adamlar əvvəlcədən "Mənim addımım” blokunun adının qeydə olunduğu bülletenləri paket halda qutulara atırdılar. Seçkilər də kütləvi saxtakarlıq edildi”, - deyə o bildirib.

Qeyd edək ki, dünən Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” bloku qalib gəlib. Respublika Partiyası isə ümumiyyətlə parlamentə düşə bilməyib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti