Xəzər Xəbər

Qətər əmiri Səudiyyə kralının dəvətini qəbul etmədi

Dünya | 13:19 • 10 Dekabr 2018
Qətər əmiri Səudiyyə kralının dəvətini qəbul etmədi
Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun dəvətini qəbul etməyib. FaktXəbər "farsnews"a istinadən bildirir ki, Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 39-cu sammitinə qatılmayıb.

Kral Salman şəxsən Qətər əmirini konfransda iştirak üçün ölkəsinə çağırsa da, əl-Sani xarici işlər üzrə müşaviri Sultan bin Səəd əl-Mirrixini göndərib.

KƏŞ-in iclası zamanı Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali Xəlifə Qətər əmirinin toplantıya gəlməməsinə etiraz edib: "Mən Riyadda xeyr və birlik iclasında iştirak edirəm. Yaxşı olardı ki, Qətərin əmiri bizim ədalətli istəklərimizi qəbul edib bu iclasda iştirak edərdi".

Bəhreynin XİN rəhbərinin atmacasına Qətərin XİN-nin sözçüsü Əhməd bin Səid ər-Rəmihi Tvitter səhifəsində belə cavab verib: "Qətər öz iradə və qərarlarında müstəqildir. Bizim əmir Küveyt iclasında iştirak edərkən Qətəri mühasirə edən ölkələrin rəhbərləri həmin iclasa qatılmamışdı. Bu baxımdan Qətərin başqalarından asılı olan ölkələrin nəsihətinə ehtiyacı yoxdur".

Rubrikanın digər xəbərləri

Xəbər lenti