Xəzər Xəbər

"Günahım yoxdur, məni evə buraxın"

Dünya | 10:23 • 10 Dekabr 2018
"Günahım yoxdur, məni evə buraxın"

Müstəntiqlər bildirirlər ki, Men həbsxanada yatmalıdır.

"Mənim günahım yoxdur, tələb edirəm ki, ev dustaqlığına buraxasınız".

Bu sözləri Huawei-nin maliyyə direktoru Men Vançjou deyib.

O, saxlandığı müddətdə xəstəliyi ucbatından dəfələrlə həkimlərə müraciət etdiyini də vurğulayıb.

Müstəntiqlər isə bildirirlər ki, Men həbsxanada yatmalıdır, hətta azad olunacağı təqdirdə onun Çinə qayıtması mümkün deyil.

46 yaşlı iş adamı qeyd edir ki, 15 ildir Kanadada yaşayır və bu ölkədə daşınmaz əmlakı var: "Bu baxımdan Kanadanı tərk etmək fikrim yoxdur".

Xatırladaq ki, Men dekabrın 1-də Vankuver şəhərində ABŞ-ın sorğusu ilə saxlanılıb. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi ticarət sanksiyalarını pozduğuna görə ittiham edilir.

Çinin xarici işlər nazirliyi ABŞ-ın bu ölkədəki səfirindən tələb edib ki, rəsmi Vaşinqton Men Vançjou haqda çıxartdığı həbs qərarını ləğv etməlidir.

AzNews.az

Xəbər lenti