Xəzər Xəbər

Ermənistanda seçkilərdə qanun pozuntusu: Cinayət işi açılmadı

Dünya | 18:12 • 9 Dekabr 2018
Ermənistanda seçkilərdə qanun pozuntusu:

Ermənistanın İstintaq Komitəsi ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları ilə bağlı cinayət işi qaldırmayıb.

Report xəbər verir ki, bu barədə jurnalistlərə İstintaq Komitəsinin Seçki Cinayətləri Departamentinin rəhbəri Kamo Saakyan bildirib.

"Saat 16:00-dək respublikanın İstintaq Komitəsinə bir şikayət daxil olub. O, baxılma mərhələsindədir. Hazırda cinayət işi qaldırılan iş yoxdur", - deyə o bildirib.

Daha əvvəl ölkənin Baş Prokuroluğundan bildirilib ki, qanun pozuntusu ilə bağlı 65 məlumata baxılır. Onlardan 32-də cinayət tərkibi var.

Xəbər lenti