Xəzər Xəbər

Paris merindən XƏBƏRDARLIQ Ehtiyatlı olun!

Dünya | 13:02 • 8 Dekabr 2018
Paris merindən XƏBƏRDARLIQ

Hamı təmkinli, ehtiyatlı olmalı və qarşılıqlı hörmət nümayiş etdirməlidir.

Bunu Paris şəhərinin meri En Hidalqo "Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ilə bağlı çıxışında deyib.

"Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə mer bildirib.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən "Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib./publika.az

Xəbər lenti

Çox oxunanlar