Xəzər Xəbər

Paytaxt küçələrinə tanklar yeridildi Hökumətin etirazçılara qarşı YENİ PLANI

Dünya | 12:45 • 8 Dekabr 2018
Paytaxt küçələrinə tanklar yeridildi

Fransada etirazçıların qarşısını almaq üçün yeni plan hazırlanıb. Hökumət 40 il əvvəl müstəmləkələrində istifadə etdiyi tankları indi aksiyaçılara qarşı istifadə edəcək.

Hadisələrin nəzarətdən çıxmasından qorxan hökumət ordunu paytaxt Parisə yeridib.

Mətbuata verilən açıqlamada bildirilir ki, 40 yaşlı 12 ədəd tankın aksiyaların keçirildiyi küçələrə yerləşdirildiyi bildirilir. Bu gün küçələrə çıxacaq yüz minlərlə fransıza qarşı hökumət ordunun dəstəyindən istifadə edəcək.

Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən "Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını bu günə təyin edib. Parisdə bu gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib./publika.az

Xəbər lenti

Çox oxunanlar