Xəzər Xəbər

Tramp Tillersonu “axmaq” adlandırdı

Dünya | 12:03 • 8 Dekabr 2018
Tramp Tillersonu “axmaq” adlandırdı

"Ondan kifayət qədər tez bir vaxta qurtula bilmədim"

ABŞ prezidenti Tramp Tillersonu "axmaq”, "tənbəl” adlandırıb

"Reuters”  xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, öz "tvitter” səhifəsində keçmiş dövlət katibi Reks Tillersonu "axmaq” və "tənbəl” adlandırıb.

"Mayk Pompeo böyük işlər görür. Onunla fəxr edirəm. Onun sələfi Reks Tillersonun lazımi qədər mental tutumu yox idi. O, axmaq və tənbəl idi. Ondan kifayət qədər tez bir vaxta qurtula bilmədim. İndi əvvəlkindən tamamilə fərqli vəziyyət yaranıb. Bu, dövlət üçün böyük ruhdur”.

Qeyd edək ki, Tramp, Reks Tillersonla İran məsələsində yaranan fikir ayrılıqlarına görə onu vəzifəsindən azad edib. Siyasi anlaşılmazlıqlardan başqa əlaqələr, Tillersonun Trampı "moron” adlandırmasından sonra gərginləşib.

AzNews.az

Xəbər lenti