Xəzər Xəbər

İtaliyada gecə klubunda insident: 6 ölü, 120 yaralı

Dünya | 10:28 • 8 Dekabr 2018
İtaliyada gecə klubunda insident:
İtaliyanın Ankona əyalətindəki gecə klublarından birində baş vermiş basırıq nəticəsində azı 6 nəfər ölüb, 120 nəfər yaralanıb.


"Repubblica" nəşri xəbər verir ki, yaralanan 12 nəfərin vəziyyəti ağırdır. Qeyd olunub ki, ölənlərdən beşi yeniyetmə birisi qadındır.

İlkin məlumata görə, təşvişə səbəb tamaşıçalardan birinin gözyaşardıcı qaz istifadə etməsi olub. Şahidlərin ifadəsinə əsasən klubda mindən çox şəxs olub./azvision.az

Xəbər lenti