Xəzər Xəbər

Rusiyada baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb

Dünya | 16:46 • 7 Dekabr 2018
Rusiyada baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb

Rusiyanın Krasnodar vilayətində baş verən avtomobil qəzasında altı Tacikistan vətəndaşı ölüb, dördü yaralanıb.


AZƏRTAC Tacikistanın "Asiya Plyus” agentliyinə istinadla xəbər verir ki, "VAZ-2114” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks yola çıxıb və təcili yardım maşını ilə toqquşub.


Ölənlərin nəşinin Tacikistana göndərilməsi istiqamətində iş aparılır.

Xəbər lenti