Xəzər Xəbər

Kim Çen Inın Seula səfərinin vaxtı dəqiqləşib

Dünya | 16:14 • 7 Dekabr 2018
Kim Çen Inın Seula səfərinin vaxtı dəqiqləşib

Koreya Respublikasının Prezidenti Mun Ce-in KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Chosun ilbo” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Mun Ce-in artıq Kim Çen Ina rəsmi dəvət göndərib. Bununla əlaqədar Cənubi Koreya Prezidenti administrasiyasının Şimali Koreya istiqamətində fəaliyyətinin aktivləşməsi müşahidə olunur.


Xatırladaq ki, 2018-ci ildə KXDR və Koreya Respublikası liderlərinin üç sammiti keçirilib. Pxenyanda baş tutan son zirvə görüşü zamanı Kim Çen In "yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya Prezidenti bildirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.

Xəbər lenti