Xəzər Xəbər

ABŞ və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir

Dünya | 10:08 • 7 Dekabr 2018
ABŞ və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir

ABŞ-ın dövlət katibi Mark Pompeo və Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Vaşinqtonda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahsızlaşdırılması məsələsini müzakirə ediblər.


Xezerxeber.az xəbər verir ki, tərəflər mövzu ilə bağlı sıx əlaqələndirmənin saxlanılması barədə razılığa gələrək, KXDR-ın yekun və tam nüvə silahsızlaşdırılmasını təkid etdiklərini bildiriblər.


Qeyd edək ki, rəsmi Vaşinqton ilə Pxenyan arasında KXDR-in nüvə silahının ləğvi ilə əlaqədar danışıqlarında ötən aylarda kiçik tərəqqi müşahidə olunub. Belə ki, tərəflərin nüvə silahının ləğvi və KXDR-ə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı müəyyən fikir ayrılıqları var. ABŞ nüvə silahının tamamilə ləğvindən sonra sanksiyaların götürülməsini, KXDR isə bu prosesin paralel aparılmasını istəyir.

Xəbər lenti

Çox oxunanlar