Xəzər Xəbər

Paris “Sarı jilet”lər aksiyasının dördüncü mərhələsində

Dünya | 09:01 • 7 Dekabr 2018
Paris “Sarı jilet”lər aksiyasının dördüncü mərhələsində

Fransada vəziyyət daha da gərginləşir. Hökumət yanacaq vergisinin artırılması qərarını 2019-cu il üçün ləğv etsə də "Sarı jilet”lər aksiyasının dekabrın 8-də baş tutacaq 4-cü mərhələsinə çağırışlar davam edir.


Xezerxeber.az xəbər verir ki, TF1 televiziya kanalında çıxışında baş nazir Eduard Filip şənbə gününə təyin edilən növbəti aksiya ilə bağlı bildirib ki, ölkə üzrə 89 min polis və yüzlərlə zirehli texnika səfərbər olunacaq. Baş nazir yanacaq vergisinin artırılmasının ləğv edildiyini təkrarlayıb.


Prefektura Yelisey Çölləri prospektində olan bütün ticarət mərkəzlərinə şənbə günü mağazaları açmamağı məsləhət görüb. Yüzlərlə məktəb və lisey bağlanıb və "Sarı jilet”lər aksiyasını dəstəklədiklərini bildirib.


Fransada həftə sonu üçün nəzərdə tutulan 547 matçın vaxtı dəyişdirilib. Luvr, eləcə də onlarla digər muzey, Eyfel qülləsi kimi turist zonaları bağlı olacaq.

Xəbər lenti