Xəzər Xəbər

Bu qadın ABŞ-Çin müharibəsini başlada bilər İrana görə

Dünya | 17:35 • 6 Dekabr 2018
Bu qadın ABŞ-Çin müharibəsini başlada bilər

Çinin "Huawei” texnologiya şirkətinin sahibinin qızı və şirkətin maliyyə işləri üzrə direktoru Menq Uançou Kanadada həbs edilib.

Şirkətin varisi ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozduğu üçün saxlanılıb.

Bu barədə Kanada Ədliyyə Nazirliyindən məlumat verilib. O, ABŞ hökumətinin Kanadaya göndərdiyi tələbdən sonra 1 dekabr tarixində həbs edilib. Menq Uançou ABŞ-a təhvil verilsə, o, Nyu York ştatının Şərqü Bölgəsi Məhkəməsinə çıxarılacaq.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi sanskiyaları pozması ittihamı ilə Çin şirkətinə aprel ayında istintaq işi açmışdı.

Həbs qərarına görə ABŞ-la Çin arasında qısa müddət öncə təmin edilən ticarət atəşkəsinin pozulmasın gətirib çıxara bilər. Çünki qərardan sonra hər iki ölkənin bazar indeksləri kəskin şəkildə aşağı düşüb./publika.az

Xəbər lenti