Xəzər Xəbər

Slovakiya ilə Rusiya arasında diplomatik qalmaqal baş verib

Dünya | 15:53 • 5 Dekabr 2018
Slovakiya ilə Rusiya arasında diplomatik qalmaqal baş verib

Bratislava ilə Moskva arasında diplomatik qalmaqal baş verib: Rusiyanın Bratislavadakı səfirliyinin əməkdaşı ölkədən çıxarılıb.


Xezerxeber.az "Ria Novosti”yə istinadən xəbər verir ki, "Pravda” qəzetinin yazdığına görə, Slovakiyanın Baş naziri Peter Pelleqrini persona non-qrata elan olunan rusiyalı diplomatı Bratislava və NATO əleyhinə kəşfiyyat xarakterli məlumatlar toplamaqda ittiham edib.


Rusiyanın Slovakiyadakı səfirliyində məlumatı şərh etməsələr də, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabarov Moskvanın "dostluqla bir araya sığmayan bu addıma adekvat cavab verəcəyini” deyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti