Xəzər Xəbər

Rusiya nüvə müharibəsinə hazırlaşır: Baş qərargah başçısından BƏYANAT

Dünya | 16:48 • 5 Dekabr 2018
Rusiya nüvə müharibəsinə hazırlaşır:

Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemini genişləndirməsi ilə əlaqədar nüvə güclərinin imkanlarını artırır.

TASS agentliyi xəbər verir ki, bu haqda xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Qerasimov bildirib.

Qerasimov Strateji Təyinatlı Raket Qoşunlarının "Yars” raket kompleksləri ilə yenidən təchiz olunduğunu bildirib. Həmçinin qeyd edib ki, "Avanqard” komplekslərinin seriya istehsalı üzərində iş aparılır.

Baş qərargah başçısı bildirib ki, Rusiya "Xəncər” yüksək dəqiqlikli hipersonik aviasiya raket kompleksinin tətbiqini təkmilləşdiriləcək.

Onun sözlərinə görə, ABŞ Strateji hücum silahları haqqında müqavilənin (SNV-3) bir çox müddəalarını keçir və bu, ehtiyac olduğu halda Vaşinqtona qısa müddətə nüvə hərbi yüklərinin miqdarını 1200 vahiddən çox artırmağa imkan verir.

Daha əvvəl Rusiya KİV-nin yazdığına görə, raket hücumu haqqında xəbərdarlıq sisteminin tərkibinə unikal "Konteyner-1” radiolakasiya kompleksi daxil edilib. Həmçinin məlum olub ki, Krımda "Voronej-M” "anti-nüvə” uzaq aşkaretmə radiolokatoru qurulacaq./publika.az

Xəbər lenti