Xəzər Xəbər

Baş Qərargah rəisi: Suriyadan Türkiyə və İraqa müntəzəm neft daşınır

Dünya | 15:45 • 5 Dekabr 2018
Baş Qərargah rəisi:
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəisi, general-polkovnik Valeriy Gerasimov bəyan edib ki, rus kəşfiyyatı mütəmadi olaraq Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edir. XəzərXəbər bildirir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

"Rusiya kəşfiyyat vasitələri Suriyanın şərqində beynəlxalq koalisiya qüvvələrinin nəzarət etdiyi ərazilərdən Türkiyə və İraq ərazisinə gedən neft tankerlərindən ibarət dəstələri nizamlı olaraq müəyyən edir",-deyə rusiyalı general-polkovnik əlavə edib.

Xarici ölkələrin hərbi attaşelərinə verdiyi brifinqdə Valeriy Gerasimov həmçinin deyib ki, neft satışından əldə edilən gəlir İŞİD terrorçularının maliyyələşdirilməsinə sərf olunur.

Baş Qərargah İdarəsinin rəisi ABŞ-ın Suriyada müstəqil kürd dövləti qurmağa çalışdığını da qeyd edib: "Birləşmiş Ştatların suriyalı kürdlərlə əməkdaşlıq edərək mərkəzi hökumətdən müstəqil dövlət quruluşu yaratmağa çalışdığı Fəratın şərqindəki vəziyyət getdikcə pisləşir. Hazırda "Şimali Suriya Demokratik Federasiyası" adı verilən quruluş üçün hökumət qururlar. Silah və hərbi avadanlıq təmin etməklə kürdlərin separatçı meyllərini gücləndirən ABŞ onların ərəb tayfalarına qarşı zor tətbiq etməsinə də göz yumur".

Xəbər lenti