Xəzər Xəbər

İran OPEC-i Qətərin kartelə üzvlükdən çıxmasının səbəblərini araşdırmağa çağırıb

Dünya | 15:19 • 5 Dekabr 2018
İran OPEC-i Qətərin kartelə üzvlükdən çıxmasının səbəblərini araşdırmağa çağırıb

İran Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) Qətərin kartelə üzvlükdən çıxmasının səbəbləri araşdırmağa çağırıb.


Xezerxeber.az İRNA agentliyinə istinadla xəbər verir ki, İranın neft naziri Bijən Namidar Zəncənə Qətərin bəzi böyük neft istehsalçılarının yaratdığı problemlərlə qarşı-qarşıya qaldığını deyib: "Lakin Qətər bu neft istehsalçılarının arasında deyil”.


Xatırladaq ki, ötən günlərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasının texniki və strateji qərar olduğunu bildirib.


15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.

Xəbər lenti