Xəzər Xəbər

İran ordusu yeni zirehli maşınlarla təchiz edilib

Dünya | 15:13 • 5 Dekabr 2018
İran ordusu yeni zirehli maşınlarla təchiz edilib

İranın milli istehsalı olan "Tufan” adlı zirehli hərbi maşınların təqdimatı keçirilib.


AZƏRTAC xəbər verir ki, İranın müdafiə naziri general Əmir Hətəminin iştirakı ilə keçirilən mərasimdə maşınların texniki göstəriciləri haqqında məlumat verilib.


Nazir qeyd edib ki, İran hərbi sənayesinin mütəxəssisləri tərəfindən hazırlanan bu maşınlar mina partlayışına qarşı dözümlüdür və dağlıq ərazilərdə sərbəst manevr etmək imkanına malikdir. Ordunun bu tip maşınlarla təchiz olunması onun qüvvəsini artıracaq.


General diqqətə çatdırıb ki, İranın hərbi potensialının artırılması yalnız müdafiə xarakteri daşıyır.

Xəbər lenti