Xəzər Xəbər

Ölü donordan qız uşağı dünyaya gəldi Tibb tarixində bir ilk

Dünya | 14:14 • 5 Dekabr 2018
Ölü donordan qız uşağı dünyaya gəldi

Əməliyyat 10 saatdan çox çəkib.

İlk dəfə ölü donordan alınan rahim vasitəsilə qız uşağı dünyaya gəlib.

Brazilyada bir qadın, ölü donordan alınan rahim vasitəsilə qız uşağı dünyaya gətirib. Əməliyyatı həyata keçirən həkimlər ölü donorun 45 yaşında və 3 dəfə uşaq sahibi olduğunu bildirib.

Sao Paulo universitetinin həkimi Dr. Dani Ejzenberg ölü bədəndən alınan orqanların riskləri azaltdığını bildirib:

"Donorun həyatının təhlükə altında qalması kimi bir problem olmur. Əməliyyat xərcləri də daha az olur”.

Oktyabrda həyata keçirilən əməliyyatın 10 saatdan çox çəkdiyi deyilir. Həkimlər ölü donorlorda bu əməliyyatı bir neçə dəfə həyata keçirdiklərini, lakin uğurlu olmadıqlarını bildirib.

Bu əməliyyatlar ABŞ, Kanada, Çexiya və Türkiyədə 10 dəfə edilsə də, heç birində canlı uşaq doğulmayıb.

AzNews.az

Xəbər lenti