Xəzər Xəbər

Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək

Dünya | 14:07 • 5 Dekabr 2018
Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi bu şəhərdə keçiriləcək

Gürcüstanın yeni Prezidentinin andiçmə mərasimi paytaxt Tbilisidə deyil, Kaxeti bölgəsində keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, andiçmə mərasiminin dekabrın 16-da Telavi şəhərində keçirilməsi nəzərdə tutulub. Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili mətbuata açıqlamasında deyib ki, mərasimin şəhər ərazisindəki "Batoni” qala sarayında keçirilməsi planlaşdırılıb. Bununla belə, hələlik mərasimə hazırlıq işlərinə başlanılmayıb. Bildirilib ki, "Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.


Məlumat üçün qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili həm birinci, həm də ikinci turda Telavidə rəqibinə uduzub.

Xəbər lenti

Çox oxunanlar