Xəzər Xəbər

Co Bayden özünü ABŞ prezidenti vəzifəsinə ən layiqli namizəd hesab edir

Dünya | 11:23 • 5 Dekabr 2018
Co Bayden özünü ABŞ prezidenti vəzifəsinə ən layiqli namizəd hesab edir

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden deyib ki, o, ABŞ Prezidenti vəzifəsinə "ən layiqli namizəddir”.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bayden bu bəyanatı böyük oğlu, 2015-ci ildə baş beyin xərçəngindən dünyasını dəyişmiş Cozefin xatirəsinə həsr edilmiş "Mənə söz ver, ata” turu çərçivəsində Montana Universitetində çıxışında səsləndirib.


Bayden daha sonra deyib ki, 2020-ci ildə prezident seçkilərində onun iştirak edib-etməyəcəyi ailəsinin bu sınaqdan keçməyə hazırlıq dərəcəsindən asılı olacaq. 2020-ci ildə Baydenin 78 yaşı olacaq. Sabiq vitse-prezident öz bəyanatını belə əsaslandırıb ki, o, ölkə qarşısında duran məsələlərlə, o cümlədən orta sinfin ağır vəziyyəti və xarici siyasət ilə yaxşı tanışdır və bu sahədə zəngin təcrübəsi var.

Xəbər lenti