Xəzər Xəbər

“Brexit”lə əlaqədar ikinci referendum keçirilir

Dünya | 09:35 • 5 Dekabr 2018
“Brexit”lə əlaqədar ikinci referendum keçirilir

Böyük Britaniyada "Brexit”lə əlaqədar ikinci referendumun keçirilməsi üçün 1,5 milyon imza toplanıb.


Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar ölkənin Nazirlər Kabinetinə ərizələr göndərilib.


"Independent” qəzetinin başlatdığı "Son söz” kampaniyasında 1 milyon 75 min, "Xalqın səsi” kampaniyasında isə 337 min imza toplanıb.


Səsvermənin nəticələri eks təhsil naziri Castin Qrininq, Liberal Demokrat Partiyasının lideri Vins Keybl və İşçi Partiyasından deputat Çuk Umuna tərəfindən təqdim olunub.


Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş dekabrın 11-də parlamentdə səsverməyə çıxarılacaq. Həmin sənəd dekabrın 5-dən etibarən beş iş günü ərzində müzakirə olunacaq.

Xəbər lenti