Xəzər Xəbər

Gürcüstandan 200 iranlı deportasiya edilib - SƏBƏB

Dünya | 09:06 • 5 Dekabr 2018
Gürcüstandan 200 iranlı deportasiya edilib -

Gürcüstandan ötən həftə 200 nəfər İran vətəndaşının deportasiya edilməsinin səbəbi bəlli olub.


Xezerxeber.az xəbər verir ki, İran vətəndaşlarının deportasiya edilməsi birmənalı qarşılanmayıb. Bəzi mətbuat orqanları qərbyönümlü siyasi kurs yürüdən Gürcüstanın bununla ABŞ-a "sədaqətini nümayiş etdirməyə” çalışdığını bəyan ediblər.


İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi bildirib ki, deportasiya olunan iranlılar Gürcüstana şübhəli turist firmaları vasitəsilə səfər ediblər. Onların bəzi sənədləri və qeydiyyat işləri düzgün aparılmayıb. Gürcüstana qanuni yollarla gedən iranlıların heç bir problemi olmayıb.

Xəbər lenti