Xəzər Xəbər

Müharibə hər an BAŞLAYA BİLƏR: Təmas xəttindən HƏYƏCANLI XƏBƏRLƏR

Dünya | 17:53 • 4 Dekabr 2018
Müharibə hər an BAŞLAYA BİLƏR:

Ukraynanın şərqində yaradılan "Luqansk Xalq Respublikası” ("LXR”) separatçı rejimlə Ukrayna ordusunun təmas xəttində NATO formasında olan hərbçilərin bölməsi qeydə alınıb.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda "LXR”-in "müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy bildirib.

"72-ci briqadanın məsuliyyət zonası olan Svetlodarsk yaşayış məntəqəsinə NATO forması ilə təchiz edilən 28 nəfərdən ibarət bölmə gəldi”, - o dəqiqləşdirib.

Yakov Osadçiy daha əvvəl jurnalistlərə bildirmişdi ki, Ukraynanın on vilayətində hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri xüsusi halda, Rusiyayla sərhəd tərəfə atəş açmaq üçün "LXR” ilə təmas xəttinə texnika və silahlar cəlb edir.

Ötən gün Donbasdakı "LXR”-in səlahiyyətlisi Mixail Filiponenko iddia edib ki, ABŞ, Kanada və Avropadan olan yüzlərlə hərbi məsləhətçi Ukrayna ordusuna təlim vermək üçün Donbasdakı təmas xəttinə gəliblər.

"Qərb ölkələri Ukrayna prezidenti Pyotr Poroşenko rəhbərliyini dəstəkləyir və Ukrayna ordusuna təlim keçməkdə davam edirlər. Donbasdakı təmas xəttinə ABŞ, Kanada, Polşa və Baltikyanı ölkələrdən yüzlərlə hərbi məsləhətçinin gəlməsi də bunu sübut edir”, - o deyib.

Filiponenko xarici hərbi məsləhətçilərin ukraynalı əsgərlərə kəşfiyyat və taktiki təlimlər verməsi üçün Borbovsk və Borbovo yaşayış məntəqələrində iki düşərgə qurduğunu bildirib. O, ABŞ və Polşadan olan hərbi məsləhətçilərin snayperlər üçün xüsusi təlimlər keçdiyini və onlar üçün daha bir düşərgə qurulduğunu vurğulayıb.

Separatçı qurumun nümayəndəsi Luqansk vilayətində NATO silahlarıyla təchiz edilmiş xarici muzdlular qrupunun göründüyünün qeyd edib./publika.az

Xəbər lenti