Xəzər Xəbər

54 il sonra qonşusunun atası, müdirinin isə qardaşı olduğunu öyrəndi

Dünya | 18:04 • 4 Dekabr 2018
54 il sonra qonşusunun atası,

Adanada qəribə hadisə baş verib.


DNA analizinin nəticəsi 54 yaşlı Faruk Ünala həyatının şokunu yaşadıb. Belə ki, qonşusu bildiyi kişi atası, 26 il işlədiyi iş yerinin müdiri isə qardaşı çıxıb.


O, 57 il bundan öncə evli olan və 3 uşaq anası Ayşə Çəlik S.N-nin evində kirayədə yaşamağa başlayıb. Bu zaman qadın 6 uşaq atası olan S.N vurulur. Qadının ard-arda 2 oğlu dünyaya gəlir. Uşaqlar dünyaya gəldikdən sonra dedi-qodulardan bezən Ayşə Çəlikin həyat yoldaşı Ömər Ünal həyt yoldaşını və uşaqlarını qoyub qaçır. Bu zaman qadın 5 uşağı ilə tək qalır. İnşaat malları satan həmin şəxs S.N Ayşə Çəliki uşaqlarına iş verərək sahib çıxır. Fauk Ünal 1987-ci ildə S.N fabrikində işə başlayır. 2005-ci ildə S.N dünyasını dəyişir. Ayşə Çəlik isə 2011-ci ildə vəfat edir.


Faruk Ünal mətbuata açıqlamasında bu hadisənin onun üçün gözlənilməz olduğunu bildirib: "Ətrafdakılar mənə ananla S.N arasında sevgi münasibətləri olduğunu bildirdilər. Ola bilər ki, sən S.N-ın oğlusan deyə yəqin etmişdilər. Ondan sonra analiz vermək qərarını aldım".


big.az

Xəbər lenti