Xəzər Xəbər

Trampdan daha bir ŞOK QƏRAR: Bütün layihələr LƏĞV EDİLDİ

Dünya | 17:09 • 4 Dekabr 2018
Trampdan daha bir ŞOK QƏRAR:

ABŞ prezidenti Donald Tramp ölkəsində elektriklə işləyən avtomobillərin istehsalına dair bütün layihələri sonlandırmağı planlaşdırır.

Bunu Ağ Evin İqtisadiyyat Şurasının sədri Lerri Kadlou bildirib.

Şuranın sədri ABŞ-ın ən böyük avtomobil şirkətlərindən biri olan "General Motors”un bir neçə fabrikini bağlaması qərarından sonra aparılan araşdırmalarla bağlı jurnalistlərə açıqlama verib.

Donald Tramp ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən başladılan elektrikli avtomobillərlə yanaşı, təbiətə zərər vurmayan digər "yaşıl” layihələrini ləğv etmək niyyətindədir. O, bu niyyətini 2020-2021-ci illərdə həyata keçirəcək.

Qeyd edək ki, ABŞ prezidenti məsələ ilə bağlı verdiyi açıqlamada "General Motors” şirkətinin 5 fabrikini bağlamaq qərarına sərt reaksiyasını göstərmişdi. "Şirkət Meri Barra, Ohayo, Miçiqan və Merilənd ştatlarındakı fabriklərini bağlamaq qərarı ilə məni təəssüf içində qoydu. Meksika və Çində isə heç nə bağlanmayıb. ABŞ GM-ni xilas etdi. Ancaq qarşılığında aldığımız təşəkkür budur. İndi isə elektriklə işləyən avtomobillər daxil olmaqla, GM-yə istiqamətlənmiş bütün yaxşı cəhdlərin qarşısını almaq istəyirik”-, Tramp bildirib./publika.az

Xəbər lenti