Xəzər Xəbər

Senatorlardan Trampa ŞOK XƏBƏRDARLIQ: “Bu, Rusiyaya imkan verəcək ki...”

Dünya | 16:55 • 4 Dekabr 2018
Senatorlardan Trampa ŞOK XƏBƏRDARLIQ:

ABŞ-ın demokratlardan ibarət senatorlar qrupu Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasının mənfi nəticələri barədə açıq məktub yazaraq ABŞ prezidenti Donald Trampa xəbərdarlıq ediblər.

"Röyters” agentliyi xəbər verir ki, senatorların fikrincə, ABŞ-ın müqavilədən çıxmasından sonra, Rusiya öz raket sistemlərinin istehsalını genişləndirə biləcək.

Məktubu Senatın beynəlxalq münasibətlər, silahlı qüvvələr və kəşfiyyat komitələrinin üzvləri imzalayıblar.

Senatorların fikrincə, bu addım yalnız Birləşmiş Ştatların birtərəfli qaydada hər hansı strateji alternativsiz öz öhdəliklərindən imtina etməyə hazır olduğunu göstərmir. Amerikalı qanunvericilər hesab edir ki, ABŞ-ın müqavilədən çıxması Rusiyaya Avropanı hədələyən raket sistemlərinin istehsalını genişləndirməyə imkan verir.

Xatırladaq ki, oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Vaşinqton Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləyə yenidən baxılması üçün bütün əlaqədar ölkələrin danışıqlarını tələb edir.

Qeyd edək ki, Müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir./publika.az

Xəbər lenti