Xəzər Xəbər

Malayziya internet-polisi yaradır

Dünya | 15:32 • 4 Dekabr 2018
Malayziya internet-polisi yaradır

Malayziya hökuməti virtual məkanda cinayətlərlə mübarizə aparacaq kiberpolis yaratmağı planlaşdırır.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq təklif kommunikasiya və media texnologiyası naziri Qobind Sinqh Deo tərəfindən irəli sürülüb. "Ölkənin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı risk və təhlükələri də artır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr təşkilatlara mənfi təsir göstərməklə yanaşı, milli təhlükəsizliyə də təhdid yaradır”, - deyə nazir bildirib.


Nazirin sözlərinə görə, internet-polislər milli kibertəhlükəsizlik agentliyinin, kommunikasiya və texnologiya məsələləri üzrə komissiyanın, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları hesabına formalaşdırılacaq.


Eyni zamanda, hökumət belə cinayətlərə görə cəzaların sərtləşdirilməsi məsələsini də nəzərdən keçirir.

Xəbər lenti