Xəzər Xəbər

Yaponlar Türkiyənin ikinci AES-sini tikməkdən imtina edib

Dünya | 13:33 • 4 Dekabr 2018
Yaponlar Türkiyənin ikinci AES-sini tikməkdən imtina edib

Yaponiyanın "Mitsubishi Heavy Industries” şirkətinin liderlik etdiyi konsorsium Türkiyədə atom elektrik stansiyasının (AES) inşası layihəsindən imtina edib.


AZƏRTAC "Nikkei” qəzetinə istinadla xəbər verir ki, uzun müddətdir təxirə salınan layihənin dəyəri proqnozların iki qatına yüksələrək 44 milyard dollara çatıb. Bu da konsorsiumun layihəni davam etdirməsinə çətinlik yaradıb.


Xəbərə görə, 2011-ci ildə "Fukusima Daiichi” AES-də baş verən qəzadan sonra artan təhlükəsizlik tələbləri və türk lirəsinin zəifləməsi layihə xərclərinin artmasına gətirib çıxarıb.


Qeyd edək ki, Türkiyə 2013-cü ildə "Mitsubishi Heavy Industries” şirkətinin liderlik etdiyi konsorsium ilə Sinopda 4 nüvə reaktorundan ibarət AES-in inşası üçün razılığa gəlib. Tikinti işlərinə 2017-ci ildə başlanması və ilk reaktorun 2023-cü ildə istismara verilməsi planlaşdırılırdı.

Xəbər lenti