Xəzər Xəbər

İtaliyanın maliyyə polisi beynəlxalq sularda 11 ton həşiş müsadirə edib

Dünya | 12:09 • 4 Dekabr 2018
İtaliyanın maliyyə polisi beynəlxalq sularda 11 ton həşiş müsadirə edib

İtaliyanın maliyyə polisinin beynəlxalq sularda keçirdiyi əməliyyat zamanı 11 ton həşiş müsadirə edilib. Narkotik maddə yelkənli qayıqda aşkar olunub. Qayıqda olan iki nəfər həbs edilib.


AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, həbs edilənlərin hər ikisi Bolqarıstan vətəndaşı olub.


Qeyd edilib ki, əməliyyat İspaniyanın və İtaliyanın narkotiklə mübarizə idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib.

Xəbər lenti