Xəzər Xəbər

Makedoniyanın sabiq baş naziri Macarıstanda sığınacaq alıb

Dünya | 11:29 • 4 Dekabr 2018
Makedoniyanın sabiq baş naziri Macarıstanda sığınacaq alıb

Makedoniyanın sabiq baş naziri Nikola Qruevski Macarıstanda siyasi sığınacaq alıb.


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, sabiq baş nazir ölkəni tərk etdikdən bir həftə sonra Macarıstanın hakimiyyət orqanları tərəfindən ona sığınacaq verilib.


N.Qruevski Makedoniya hökumətinə 2006-cı ildən 2016-cı ilədək başçılıq edib. O, Macarıstanın hazırkı Baş naziri Viktor Orbanın yaxın müttəfiqi hesab edilir. Buna baxmayaraq, rəsmi Budapeşt bəyan edir ki, sığınacağın verilməsi ilə bağlı qərar siyasi deyil, hüquqi məsələdir.

Xəbər lenti