Xəzər Xəbər

Meksikada yaşayış evinin üzərinə təyyarə düşüb, ölənlər və yaralananlar var

Dünya | 09:00 • 4 Dekabr 2018
Meksikada yaşayış evinin üzərinə təyyarə düşüb, ölənlər və yaralananlar var

Meksikanın Kulyakane (Sinaloa ştatının paytaxtı) şəhərində yüngülmotorlu təyyarə yaşayış evinin üzərinə düşüb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Təyyarənin qəzaya uğramasının səbəbi barədə məlumat verilmir.

Xəbər lenti