Xəzər Xəbər

Ekvador prezidenti vitse-prezidenti istefaya göndərib

Dünya | 08:39 • 4 Dekabr 2018
Ekvador prezidenti vitse-prezidenti istefaya göndərib

Ekvador prezidenti Lenin Moreno vitse-prezident Mariya Alexandra Vikunyanı ona qarşı aparılan istintaqla bağlı istefaya göndərib.

Vitse-prezidentə qarşı korrupsiya ilə bağlı istintaqnoyabr ayının sonunda başlayıb. Söhbət 2011-2013-cü illərdə Mariya Vikunyanın deputat olduğu zamanlardan gedir.

Vitse-prezidentin keçmiş köməkçisinin ifadəsinə əsasən, guya vəzifələrə təyinatlar üçün o vitse-prezidentə pul ödəyirdi. Ödənişlərin məbləği ayda 300-1400 dollar arası dəyişib.

Qeyd edək ki, M.Vikunya vitse-prezident postuna yanvar ayında Xorxe Qlasın yerinə təyin edilib. X.Qlas 2017-ci ilin oktyabr ayında korrupsiya ilə bağlı qalmaqaldan sonra vəzifəsində azad edilmişdi, daha sonra isə məhkum edilmişdi.

Xəbər lenti