Xəzər Xəbər

Gürcüstanda cinayətlərin sayı artıb

Dünya | 15:22 • 3 Dekabr 2018
Gürcüstanda cinayətlərin sayı artıb

Gürcüstanda cinayətkarlığın sayı hər ay artır. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin oktyabrında ölkədə 5992 cinayət faktı qeydə alınıb (hər günə 193 cinayət faktı). Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,71 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, hesabat dövründə sağlamlıq əleyhinə olan cinayətlərin sayı da 2017-ci ilin oktyabr ayı ilə müqayisədə 80,81 faiz artaraq 1027 fakt olub.

Narkotiklərlə bağlı cinayətlərin sayı da 16,14 faiz artıb. Cari ilin oktyabrında narkotiklərlə əlaqədar 403 cinayət faktı qeydə alınıb.

Qeyd edək ki, cinayətlərin üstünün açılması halları da azalıb. Belə ki, 2017-ci ilin oktyabrında qeydə alınmış cinayətlərin 31,91 faizinin üstü açılıbsa, cari ildə bu göstərici 17,44 faiz olub.

Xəbər lenti