Xəzər Xəbər

Şahzadənin doğulacaq övladı barədə ŞOK İDDİALAR

Dünya | 17:03 • 3 Dekabr 2018
Şahzadənin doğulacaq övladı barədə

Oktyabr ayında dünyanın ən məşhur cütlüklərindən olan Britaniya şahzadəsi Harri və Meqan valideyn olacaqlarını açıqladılar. Doğum anı yaxınlaşdıqca isə cütlük barədə şaiyələr səngimir.

Britaniyanın "The Sun” informasiya agentliyi bildirib ki, Meqan hələ övladını dünyaya gətirmədən bir sıra qaydaları pozmaq qərarındadır.

Məsələn o ictimai yerlərdə körpəsini əmizdirməkdən çəkinməyəcəyini deyir. Axı bu ən təbii, ən gözəl analıq halıdır. Niyə özümüzü bu zövqdən məhrum edək? Meqan hətta suda doğumla maraqlanır. Həmçinin Harrinin Uiliyamdan fərqli olaraq övladı ilə çox zaman keçirəcəyinə ümid edir.

Bəli, amerikalı xanım Britaniya kral ailəsini bir sıra qaydalarına baş əymək istəmir. Həmçinin oğlu doğularsa, qaydalara əsasən 7 yaşınadək şort geyinəcəyinə mənasız adət kimi baxır. Sadə xanm övladlarına aristokrat adlar verməyi də düşünmür.

Məlumata görə məşhur cütlüyün doğulacaq övladının xaç valideynləri indidən bəllidir. Şahzadənin toyunda da iştirak edən Hollivud aktyoru Corc Kluni və xanımı Amal bu şərəfə layiq görüləcəklər. Çoxları üçün qəribə xəbər olsa da, bildirək ki, Harri ilə Corc yaxın dostdurlar.

Britaniyalı genetiklər ərinməyib Harri və Meqanın doğulacaq oğlunu yaxud qızını indidən təsvir ediblər. Həmin fotoşəkilləri də təqdim edirik.

publika.az

Xəbər lenti