Xəzər Xəbər

"Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?" Ərdoğan Argentinada bütün DETALLARI AÇIQLADI

Dünya | 15:50 • 3 Dekabr 2018
"Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib.

Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.

İdlibdə Rusiya ilə əməkdaşlıq

-Vladimir Putinlə görüşdünüz. O, açıqlamasında İdlib mövzusunda Türkiyə ilə birlikdə narahatlıqları olduğunu bildirdi. Bu narahatlıq nədən ibarətdir?

- Putinin nə dediyini bilmirəm, amma bu ana qədər bizim hərbi qüvvələrimizlə birgə İdlibdə üzərinə düşən vəzifələri yerinə yetirdi. Aidiyyəti qurumlarımız daim əlaqədədirlər. İdlibdə ciddi mənada Rusiya ilə hər hansə sıxıntımız yoxdur.

S-400 müdafiə sistemi

- Müdafiə sisteminin milli valyuta ilə alınacağını Putinlə birgə söylədiniz. Dollardan imtina etmək mövzusunda G20-yə daxil olan digər ölkələr arasından müttəfiq tapa bilərikmi?

- Yeni müttəfiqlər ola bilər. Danışdığımız hər lider bunu qəbul edir, amma hərəkətə keçmir. Hətta bəziləri Mərkəzi bankımızla görüşür. Ancaq proses sürətli şəkildə getmir. Bu mövzuda ən həssas olan liderlərdən biri cənab Putindir. Onun da gündəmində yerli və milli valyuta ilə bazarlıq etmək yer alır. Eyni şeyi Çin və İranla da həyata keçirmək istəyirik.

Münbiç məsələsi: Pompeo Trampın yanında "elə olmaz, belə olar” deyə bilmir

- "Suriyadakı siyasi böhranın həllinin ən böyük maneəsi YPD terror təşkilatıdır” demisiniz. ABŞ prezidenti Donald Tramp ilə Münbiç məsələsini müzakirə etdiyinizi bilirik. Həmin müzakirənin detallarını bölüşə bilərsiniz?

- Danışdıq. Suriyanı onlardan təmizləmək nöqtəsində razılaşma var. Xarici işər nazirlərimiz 90 günlük yol xəritəsini müzakirə etmək üçün bu gün orada qarşılıqlı müzakirədə idilər. Bu prosesi sürətləndirib Münbiçi YPG/PYD-dən təmizləmək barəsində qətiyyətimizi davam etdirəcəyik. Tramp bu işlərdə daha dik durur. Onun yanında Pompeo "elə olmaz, belə olar” deyə bilmir.

-Fransada "Sarı jiletlilər” aksiyaları Avropanı cənginə alıb. Türkiyədə "Gezi parkı” olaylarını xatırlatdığı üçün…

- Gezi olaylarının arxasında kimlərin olduğunu açıqladım. İşin xarici ayağı Soros, daxili ayağı Osman Kavala idi. Kavalanı maliyyələşdirənlər bəllidir. Almaniyaya gedirəm, Merkel və Şteynmeyer məndən Kavalanı soruşur. Özlərinə anlatdım. "Niyə bu adamı bu qədər sevirsiniz, buna hüququnuz haradan gəlir” deyə soruşdum…

- Merkel və Makron Avropa İttifaqı ordusunun yaradılması məsələsini önə çıxardı. Rusiya dərhal dəstək verdi. ABŞ isə çox da isti yanaşmır. Türkiyə üçün NATO ilə Aİ ordusu arasında seçim müzakirə mövzusu ola bilərmi?

- Bu sualları cavablamaq üçün tezdir. Hazırda NATO-dayıq. Onlar da NATO-dadırlar./publika.az

Xəbər lenti