Xəzər Xəbər

Qətərdən dünyanı silkələyəcək ADDIM: 2019-cu ilin yanvarında...

Dünya | 15:42 • 3 Dekabr 2018
Qətərdən dünyanı silkələyəcək ADDIM:

Qətər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağı barədə təşkilata xəbərdarlıq edib.

RBK agentliyi xəbər verir ki, bu haqda Qətərin paytaxtı Dohada mətbuat konfransında Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Səda bildirib.

Nazirin sözlərinə görə, Qətər 2019-cu ilin yanvarında OPEK-dən ayrılacaq.

O bildirib ki, ölkə qaz hasilatı və mayeləşdirilmiş təbii qazın istehsalına diqqəti artırmaq istəyir.

Qeyd edək ki, Əlcəzair, Anqola, Venesuela, Qabon, İran, İraq, Konqo, Küveyt, Qətər, Liviya, BƏƏ, Nigeriya, Səudiyyə Ərəbistanı, Ekvator Qvineyası və Ekvadorun daxil olduğu OPEC dünyada neft ehtiyatlarının təxminən üçdə ikisinə nəzarət edir, onların payına hasilatın və ixracın 45 faizi düşür.

Təşkilatda neft hasilatına görə Qətərin payı isə 1,85 faiz təşkil edir./publika.az

Xəbər lenti