Xəzər Xəbər

Meksika prezidentinin lüks təyyarəsi satışa çıxarıldı

Dünya | 15:16 • 3 Dekabr 2018
Meksika prezidentinin lüks təyyarəsi satışa çıxarıldı
Meksikanın yeni prezidenti Andres Manuel Lopez Obradorun dekabrın 1-də vəzifəyə başlayar-başlamaz ilk işi seçki kampaniyası zamanı verdiyi sözə əməl etməsi ilə olub. 


XəzərXəbər "Sputnik"ə istinadən bildirir ki, Lopez Obrador sabiq dövlət başçısının istifadə etdiyi lüks təyyarəni satışa çıxarılması barədə göstəriş verib.

Maliyyə naziri Karlos Urzua bu məqsədlə "Boeing 787 Dreamliner" təyyarəsinin qarşısında mətbuat konfransı keçirərək onun satış qiymətinin çox yaxında elan eolunacağını açıqlayıb. O, əlavə edib ki, 2012-ci ilin sonunda 218 milyon dollara alınan təyyarəni ilə yanaşı, hökumətin istifadə etdiyi digər 60 təyyarə və 70 vertolyot da satılacaq.

Xəbər lenti