Xəzər Xəbər

Ərdoğan Yəmənə laqeyid münasibətin səbəbini açıqladı: Neftləri yoxdur

Dünya | 14:45 • 3 Dekabr 2018
Ərdoğan Yəmənə laqeyid münasibətin səbəbini açıqladı:

Yəməndəki vəziyyət dəhşətlidir və elə bir səviyyəyə çatıb ki, nəinki müsəlmanların, bütün insanların ürəyi ağrıyır. «Əl-Naşrie»in verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mətbuat konfransında bəyan edib.

O, bildirib ki, dünya ictimaiyyətinin bu məsələyə laqeyidliyinin səbəbi ölkədə neftin olmamasıdır: «Neft varidatının olmaması səbəbindən taleyin ümidinə buraxılan məzlum Yəmən xalqının əzablarını tezliklə yüngülləşdirmək lazımdır» deyib.

Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli Əl Xusi bununla bağlı olaraq Ərdoğanın bəyanatını alqışlayıb./faktxəbər

Xəbər lenti